Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalılar Müstəqilliyin Bərpasının 30 illiyini qeyd etdilər

0

  •            18 Oktyabr - Müstəqilliyin Bərpası Günü Münasibətilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Heydər Parkı"nda ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.         Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə, təşkilat və hüquq-mühafizə orqanları rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.        Qeyd edək ki, otuz il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul edildi.        Bu il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib33 dəfə
    Xocalılar Müstəqilliyin Bərpasının 30 illiyini qeyd etdilər

    Maraqlı gələ bilər
    25
    31
    28